Asiya İnkişaf Bankı (ADB) "Bank Respublika" ASC ilə "AccessBank" QSC-nin birləşməsi başa çatdıqdan sonra da əməkdaşlığı davam etdirmək niyyətindədir.
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
FED.az xəbər verir ki, bu barədə ADB-dən bildirilib.
Beynəlxalq institutdan vurğulanıb ki, ADB "AccessBank"ın səhmdarı rolunda çıxış edir və "Bank Respublika" ilə tərəfdaşlıq əlaqələrini qoruyub saxlayır.
"Biz iki bank strukturunun birləşməsindən sonra da "Bank Respublika"nın böyüməsinə və davamlı inkişafına kömək etmək niyyətindəyik", - ADB nümayəndəsi qeyd edib. (report)













