İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 22-də keçirilən hərracda 6 nəqliyyat vasitəsi və 5 avadanlıq satılıb.
“Ekol Mühəndislik Xidmətləri”nin avtomobilləri 50% endirimlə satışa çıxarılır – SİYAHI
FED.az xəbər verir ki, hərracda start qiyməti 18.000 manat olan “Land Rover Defender” markalı avtomobil 35.000 manata, ilkin qiyməti 5.000 manat olan “Changan Reaton” markalı nəqliyyat vasitəsi 13.050 manata, ilkin qiyməti 5.500 manat olan avadanlıqlar isə 30.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 29 sentyabr tarixində keçiriləcək.
Bakı şəhəri üzrə 22 sentyabr 2026-cı il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələri və avadanlıqların siyahısı
| № | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
| 1 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası | Hyundai Equus minik | 10 AN 611 | 2013 | 13000 | 13400 | 29/26 10.08.2026 |
| 2 | Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi | Changan Reaton minik | 10 YF 728 | 2019 | 5000 | 13050 | 29/26 10.08.2026 |
| 3 | Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi | Mitsubishi L200 minik | 10 PQ 231 | 2008 | 9600 | 9600 | 29/26 10.08.2026 |
| 4 | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi | Chevrolet Niva minik | 90 FH 693 | 2008 | 4000 | 5500 | 29/26 10.08.2026 |
| 5 | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi | Soyuducu maşın (çiller) Soyuducu maşın (çiller) soyutma agenti Soyuducu maşın (çiller) soyutma agenti Avtomatik rejimdə çalışan (12x1 kwt) nömrəli daxili aspirator Avtomatik rejimdə çalışan (5 kwt) nömrəli çöl rekuperatoru | 2010 2008 2008 2015 2015 | 5500 | 30000 | 29/26 10.08.2026 | |
| 6 | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti | Land Rover Defender minik | 10 PU 264 | 2011 | 18000 | 35000 | 29/26 10.08.2026 |
| 7 | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti | Land Rover minik | 10 PU 263 | 2011 | 18000 | 34000 | 29/26 10.08.2026 |












