“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan 8 qeyri-yaşayış sahəsi hərraca çıxarılır. Hərrac 7 oktyabr 2026-cı il saat 10:00-da keçiriləcək.
FED.AZ-ın Əmlak Məsələləri Dövlət Xidmətinin elanına əsasən apardığı hesablamaya görə, satışa çıxarılan əmlakların ümumi start qiyməti 2 milyon 167,7 min manat, ümumi sahəsi isə 2 066,1 kvadratmetrdir. Obyektlərin hamısı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşir.
Diqqətçəkən məqam odur ki, əmlaklar artıq 3-cü dəfə hərraca çıxarılır və bu dəfə qiymətlər 30% aşağı salınıb.
Satışa çıxarılan obyektlər bunlardır:
|
Sahəsi |
Start qiyməti |
Beh |
|
347,5 m² |
364 000 manat |
1 820 manat |
|
261,5 m² |
273 000 manat |
1 365 manat |
|
199,3 m² |
207 869,9 manat |
1 039,35 manat |
|
396,7 m² |
410 900 manat |
2 054,50 manat |
|
169,3 m² |
177 765 manat |
888,83 manat |
|
177,1 m² |
186 550 manat |
932,75 manat |
|
280,9 m² |
298 877,6 manat |
1 494,39 manat |
|
233,8 m² |
248 763,2 manat |
1 243,82 manat |
Beləliklə, hərracdakı ən ucuz obyekt 177 765 manata təklif olunan 169,3 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Ən bahalı obyekt isə 410 900 manat start qiyməti müəyyən edilmiş 396,7 kvadratmetrlik sahədir.
Obyektlərin ünvanları əvvəlki qeydiyyatda Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, 41B kimi göstərilib. Yeni ünvan sistemində isə obyektlər Arif Mehdiyev küçəsində müxtəlif girişlər — 281A, 281B, 283A, 283B, 285A, 285D, 287A və 287B üzrə qeydiyyatdadır.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək. İştirak etmək istəyən fiziki və hüquqi şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etməlidirlər. Satışa çıxarılan obyektlərlə əvvəlcədən tanış olmaq da mümkündür.












