“İnvest-AZ"a müraciət edən sirkətlərin sayı artır...
Azərbaycanın aparıcı investisiya təşkilatlarından olan “İnvest-AZ İnvestisiya Şirkəti” QSC daha bir şirkətin istiqrazlarının anderrayteri işini həyata keçirəcək.
FED.AZ xəbər verir ki, 23 sentyabr tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Söhbət 500 min manat həcmində, 5 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2045020289 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli təminatsız, sənədsiz, adlı istiqrazlardan gedir.
İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 7 ildir. Ödənişlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 təqvim ayından bir ödəniləcək.













