Mərkəzi Bankın iki tenderi baş tutmayıb.
FED.az xəbər verir ki,"İnzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satın alınması" tenderi və " Geyimlərin satın alınması"kotirovka sorğusu Satınalmalar komissiyasının 27 dekabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.