Mərkəzi Bankın iki tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınmasına dair kotirovka sorğusu və inzibati binaları üçün müxtəlif tipli kondisionerlərin və mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin satın alınması üzrə tender Satınalmalar komissiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Həmin qanunun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir..