Mərkəzi Bankın "İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair xidmətin satın alınması" tenderi ləğv edilir.
FED.az xəbər verir ki, tender Satınalmalar komissiyasının 19 dekabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilir.
Həmin qanunun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.