Mərkəzi Bank növbəti tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Şirkətlə 89 446 manat ödəniləcək.
Müqavilədə Mərkəzi Bankın inzibati binalarında videomüşahidə sistemlərinin ehtiyat nüsxələrinin yaradılması və videomüşahidə avadanlıqlarının təchizatı və quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl Dövlət Xəzinədarlığı Agentliyi ilə 102 168 manat dəyərindəki "DNS təhlükəsizlik həllinin alınması, quraşdırılması, sazlanması və SSL sertifikatların istifadə müddətinin uzadılması" tenderi üzrə müqavilə bağlayıb (12.04.2023).