Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir iri məbləğli tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Qalib şirkətə 1 186 977 manat ödəniləcək.
Tenderdə “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması" nəzərdə tutulur.
Qeyd edək ki, "B2B Group" MMC bundan əvvəl "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 73042 manat dəyərindəki "Kamera-nəzarət sisteminin satın alınması" tenderinin qalibi seçilib (03.02.2023).
"B2B Group" MMC keçirilmiş müsabiqələr üzrə 2020-ci ildən indiyədək 66 tenderin qalibi seçilib.