Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün təsərrüfat mallarının satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.
Eləcə də bax: ARDNF-SOCAR birgə müəssisəsi sığortaçı - SEÇİR
1. Tender proseduru 31 mart 2022-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.
2 Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
3. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq Portal vasitəsilə 150 (bir yüz əlli) manat məbləğində iştirak haqqını ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
4. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
– iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmasını dair məlumat;
– Azərbaycan dilində tender təklifi (tender təklifi 17 may 2022-ci il tarixinədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
– iddiaçının təsərrüfat mallarının satışı sahəsi üzrə son 2 (iki) ili əhatə edən iş təcrübəsi barədə məlumat (tenderin əsas şərtlər toplusuna 2 nömrəli əlavədə verilmiş formada);
– Satınalma prosedurunun başlanmasından əvvəlki 5 il ərzində iddiaçıların özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
– İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə məlumat.
5. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 30 mart 2022-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 15 mart 2022-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı tarixdən.
7. Malın təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı tarixdən tələbata uyğun sifarış əsasında 1 (bir) il müddətində.
8. Qiymətləndirmə meyarları: qiymət və texniki amil (təsərrüfat mallarının satışı üzrə korporativ müştərilərin sayı).
9. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.