"Azerbaijan Rigs" MMC könüllü tibbi sığorta üçün təkliflər sorğusu elan edib.
Eləcə də bax: Minatəmizləmə Agentliyi sığortaçı - SEÇİR
FED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini martın 10-u, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ("SOCAR Tower") ünvanına təqdim edə bilərlər.
"Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90% payla Dövlət Neft Fondu (ARDNF) və 10% payla Dövlət Neft Şirkətidir (SOCAR). (Report)