Azərbaycan Respublikasının Mərkəzi Bankı istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender proseduru 25 iyun 2021-ci il tarixdə saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra - Portal) keçiriləcəkdir.
Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Maraqlı şəxslər tenderdə iştirak etmək üçün “Asan Ödəniş” sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BIK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 11 avqust 2021-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- iddiaçının tender predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);
- iddiaçının ixtisas uyğunluğuna dair tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 24 iyun 2021-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 16 iyun 2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən etibarən Sifarişçinin sifarişi əsasında 1 (bir) il müddətində.
Qiymətləndirmə meyarları: qiymət və zəmanət müddəti.
İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.