“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs təmizlik işlərinin satın alınması üzrə açıq tender elan edir.
Azərxalça kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
İştirak haqqının ödənilməsi yalnız “Asan ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün Portal üzərindən müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.
İştirak haqqı:
LOT-1:150.00 (bir yüz əlli manat 00 qəpik) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü təşkil etməlidir);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması haqqında sənəd;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazələrə malik olması.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.06.2021-ci il saat 10:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə 22.06.2021-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 23.06.2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.