Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Nazirliyin maşın və avadanlığını bu şirkət - TƏMİN EDƏCƏK - MƏBLƏĞ
FED.az xəbər verir ki, 978 125 manatlıq tenderin qalibi Ziyafət İsa Oğlu Fərzəliyevdir.
Xatırladaq ki, Ziyafət İsa Oğlu Fərzəliyev bundan əvvəl Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması üzrə 5 972 172 manatlıq tenderini qazanıb.