Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ (VÖEN: 1400196861) ilə “Koneks Construction” MMC (VÖEN: 3103278031) arasında satınalma müqaviləsi imzalanıb.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 23 milyon 363 min 670 manat təşkil edib.
Qeyd edək ki, “Koneks Construction” MMC 2019-cu ildə yaradılıb. Nizmnamə kapitalı 580 min 10 manat olan şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev.39, m.202 hüquqi ünvanında yerləşir.














