Tikilməkdə olan Obyektlərin Müdiriyyəti (VÖEN: 1500901811) tender elan edib.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2 xidməti minik avtomobilinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 98 min 600 manatdır. Bir avtomobil üçün orta ehtimal olunan qiymət 49 min 300 manatdır.
Tenderdə iştirak haqqı 197 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Emil Rüstəmli / Satınalma mütəxəssisi / [email protected] / +994 50 299 74 33
Şərtlərə görə avtomobilin,
Rəngi: qara;
gövdə tipi: sedan;
istehsal ili: 2026;
yanacaq növü: benzin Aİ-92;
mühərrik həcmi: minimum 1.8 hybrid:
güc minimum 53 kW;
at gücü: minimum 140;
transmissiya: variator, ön ötürücü;
klirens: minimum 130 mm;
oturacaq sayı: 5;
qapı sayı: 4;
elektron cihaz paneli, lyuk, distronik, açarsız maşına daxil olma, sükanda media idarəetmə sistemi, ABS, VSC, hill assist control (HAC), pre-crash sistem, lane-keep asist, immobilzer, ön sürücü və sərnişin təhlükəsizlik yastıqları, dəri sükan, dəri oturacaqlar, cruise control, start-stop, monitor 8", AM/FM, USB/AUX çıxış, dinamiklər minimum 6 ədəd, multi-informasiya displeyi, bluetooth sistem, gövdə rəngində elektriklə tənzimlənən yan güzgülər, led tipli ön faralar, led tipli gündüz işıqları, tökmə disklər, 205/55R16, 50 000 km və ya 1 il zəmanət (hansı tez çatarsa) olmalıdır.














