Bakı Dövlət Universitetinin Qazax Filialı (VÖEN: 4200166171) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində mühafizə ximdətinin satınalınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 151 min 87 manatdır.
Tenderin şərtlərinə görə, Bakı Dövlət Universitetinin Qazax filialının əsas tədris binası və universitetin ərazisinin 12 mühafizəsi 8 nəfər mühafizəçi ilə təmin olunmalıdır. Bir nəfər üçün ödəniləcək orta maaşın 1 574 manat olması planlaşdırılır.
Qeyd edək ki, Universitetinin Qazax filialının mühafizəsini 2024 və 2025-ci illərdə “Gecso” ASC edib. Bunun üçün şirkət 2024-cü ildə 132 min 991 manat, 2025-ci ildə 140 min 977 manat ödəniş alıb.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Cavid Həsənov / İqtisadçı / [email protected] / +994 22 296 27 75














