Dövlət Gömrük Komitəsinin “Azərtetminalkompleks” Birliyi (VÖEN: 1802077241) tender elan edib.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində bir mikroavtobusun satınalınması nəzərdə tutulur. Ehtimal olunan qiymət 79,5 min manatdıri.
Tenderdə iştirak haqqı 159 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Şamil Aşurov / İnspektor / [email protected] / +994 51 291 39 40
Şərtlərə görə,
Avtomobilin mühərrik yanacaq növü - Dizel,
Rəng: Qara,
Mühərrik tipi: minimum 4 silindrli, turbo dizel,
Mühərrikin iş həcmi: Minimum 2700 sm³,
Mühərrikin maksimal fırlanma anı:
Minimum 350 Nm, Turbokompressor və intercooler sistemi olmalıdır,
Ekoloji standart: Minimum Euro V, Mühərrik emissiyalarının azaldılması sistemi olmalıdır,
Sürətlər qutusu: Mexaniki, minimum 6 pilləli,
Ötürücü sistemi:
Arxa ötürücü, 4×2,
Sükan sistemi: Hidravlik və ya elektrik gücləndiricili və ya ekvivalent,
Ön asqı: Müstəqil tip və ya ekvivalent,
Arxa asqı: Yükə davamlı yaylı sistem və ya ekvivalent,
Əyləc sistemi: Hidravlik, gücləndiricili və ya ekvivalent, ABS – bloklanmanın qarşısının alınması sistemi olmalıdır.
EBD – elektron əyləc qüvvəsinin paylanması-Olmalıdır, ESC/ESP – elektron sabitlik sistemi-Olmalıdır, Sürücü üçün təhlükəsizlik hava yastığı-Olmalıdır, Ön sərnişin üçün hava yastığı olmalıdır,
Təhlükəsizlik kəmərləri: Bütün sərnişin yerlərində,
Sərnişin tutumu: Min 17 nəfər sərnişin + sürücü,
Sərnişin oturacaqları: Təhlükəsizlik kəmərli, komfort tipli, Yan sürüşən sərnişin qapısı olmalıdır,
Kondisioner sistemi: Sürücü və sərnişin salonu üçün, Elektrik şüşəqaldıranlar olmalıdır, Elektriklə tənzimlənən yan güzgülər olmalıdır, Mərkəzi kilidləmə sistemi olmalıdır, Arxa görüntü/salon təhlükəsizlik sistemi olmalıdır,
Təkər ölçüsü: Minimum - Təkərlər : ən çox R16 - Arxa Təkər: (İkiqat arxa təkər), Ehtiyat təkər olmalıdır,
Yanacaq çəninin həcmi: Minimum 75 litr,
Təkər bazası: Minimum 3500 mm,
Ümumi uzunluq: Minimum 5500 - 6000 mm aralığında,
Ümumi en: Minimum 2000 - 2200 mm aralığında,
Ümumi hündürlük: Minimum 2500 - 2800 mm aralığında,
Tam kütlə: Minimum 4000 kq,
Maksimal sürət: Minimum 120 km/saat,
Alət qutusu-Minimum: 1 ədəd,
Yanğınsöndürən balon - minimum: 1 ədəd, İlk yardım çantası və qəza nişanı olmalıdır. Geri hərəkət siqnalı olmalıdır, Geri görüntü sistemi, arxa görüntü kamerası və monitor olmalıdır, Texniki sənədlər-Texniki pasport, istismar təlimatı və uyğunluq sənədləri təqdim edilməlidir,
Ümumi vəziyyət - yeni və əvvəllər istifadə edilməmiş olmalıdır.
Ehtiyat hissələrinin təchizatı və texniki servis xidmətlərinin Azərbaycan Respublikasında təmin edilməlidir.
Birliyin balansına qəbul olunması üçün DİN-in BDYPİ-də və digər dövlət orqanlarında müvafiq sənədləşmə işlərinin aparılması (dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsinin alınması) həyata keçirilməlidir.
Minimum 2(iki) il və ya 200.000 km (hansı tez bitərsə) zəmanət verilməlidir.














