Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) “AS-Təmir Tikinti” MMC (VÖEN: 2100971171) ilə satınalma müqaviləsi imzalayıb.
Bakının mərkəzindəki universitetin təmirinə - 23,4 milyon manat xərclənəcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində ölkədə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması nəzərdə tutulub. Bunun üçün şirkətə 5 milyon 603 min manat ödənilib.
Qeyd edək ki, “AS-Təmir Tikinti” MMC 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Şirvan şəhəri, Vidadi, ev döngə 4, m.7 hüquqi ünvanında yerləşir.
14 noyabr tarixinə şirkətin 88 min 828,42 manat vergi borcu var.














