“Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-nin (VÖEN: 1000512371) səhmləri dövriyyədən çıxarılır.
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ləğvetmə komissiyasının qərarı ilə ASC-nin 1001000848 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hər birinin nominal dəyəri 2 manat olan, 24 min 986 ədəd adi adlı səhmi dövriyyədən çıxarılır.
Qeyd edək ki, “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC 2000-ci ildə yaradılıb. Nizamnamə kapitalı 49 min 972 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Ramiz İsmayıl oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi, ev.3121 hüquqi ünvanında yerləşir.














