2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.
Azərbaycanın dövlət büdcəsində 4,8 milyard manatlıq artıqlıq yaranıb
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Hesablama Palatası ortamüddətli dövr üçün digər risklərin də dövlət maliyyəsinə təsirlərinin mümkünlüyünü qeyd edir.
Sənədə əsasən, ortamüddətli dövrdə istinad faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə formalaşması dəyişkən faizli xarici borc üzrə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. Cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,8 %-ni təşkil edib.
Sənədə görə, ortamüddətli dövrdə müddəti başa çatan borc öhdəliklərinin təkrar maliyyələşdirilməsi zərurəti yüksək faizli yeni borclanmalar şəraitində dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. 2026-cı ilin 1 oktyabr tarixinə daxili dövlət qiymətli kağızlarının 56 %-nin müddətinin 5 ilədək olması daxili dövlət borcunun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə icrası zərurətinin yarana biləcəyini göstərir.













