Ev təsərrüfatlarının uçotu rəqəmsallaşdırılır...
FED.az xəbər verir ki, ekspertlər bildirirlər ki, əslində Azərbaycanda ev təsərrüfatlarının uçotu yenilik deyil, yenilik olan prosesin elektronlaşdırılmasıdır.
Belə ki, Azərbaycanda kəndlərdə ev təsərrüfatlarının uçotu ötən əsrin 40-cı illərindən, şəhər və qəsəbələrdə isə 2012-ci ildən aparılır. İnzibati ərazi dairələri üzrə nümayəndəliklər hər il sorğu yolu ilə ailələrin faktiki yaşayışını, istifadəsində və mülkiyyətində olan torpaq sahələrini, əmlakını və digər göstəriciləri qeydə alırlar. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, indi bu proses tam rəqəmsallaşdırılır.
İqtisadçı Xalid Kərimli deyir ki, uçotun əhəmiyyəti ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.













