Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat məbləğində investisiya yatırılıb.
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7% daha çoxdur.
Hesabat dövündə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 28,7% artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,3% artaraq 11 milyard 37,7 milyon manat olub.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 20% artaraq 9 milyard 137 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3% artaraq 5 milyard manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 4,8% azalaraq 2 milyard 382,8 milyon manat olub.













