Bu ilin yanvar-sentyabr aylarında “Qala Sığorta” ASC-nin sığorta yığımları 52 milyon 581 min manat, sığorta ödənişləri 17 milyon 999 min manat olub.
“Qala Həyat Sığorta”nın aktivləri azalıb, öhdəlikləri artıb - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 11 milyon 344 min manat (17,7%), ödənişləri 1 milyon 402 min manat (7,2%) azalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin yığımları 63 milyon 925 min manat, ödənişləri 19 milyon 401 min manat idi.
Hesabat dövründə, “Qala Sığorta”nın zərərlilik göstəricisi (ödəniş/yığım nisbəti) 34,2% olub, halbuki, ötən il bu rəqəm 30,3% idi. Yəni, şirkət ötən ilin eyni dövründə topladığı hər 100 manat sığorta haqqından 30,3 manat ödəniş edirdisə, bu ilin ilk 9 ayında bu məbləğ 34,2 manata yüksəlib - illik artım 3,9 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 248,5 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91 milyon 231 min manat və ya 7,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta ödənişlərin məbləği 882 milyon 723 min manat olub ki, bu da, illik müqayisədə 198 milyon 827 min manat, yaxud da 29,1% çoxdur.
Bu ilin ilk 9 ayında sığorta bazarında zərərlilik göstəricisi 70,7%-ə yüksəlib. Ötən ilin eyni dövründə bu 59,1% idi. Başqa sözlə, ötən il toplanan hər 100 manatdan 59,1 manat sığorta ödənişi edilirdisə, bu il bu məbləğ 70,7 manata çatıb. İllik artım 11,6 manat olub.















