Azərbaycanda fermerlərə veriləcək süd subsidiyasının məbləği məlum olub.
Azərbaycanda 25 ildən sonra ilk dəfə - Fermerlərin gəlirlərindən vergi tutulacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu məsələ Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərlinin süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla onlayn görüşündə müzakirə edilib. Görüşdə ölkənin müxtəlif regionlarından olan süd istehsalçıları, emal müəssisələrinin nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər.
FED.az xəbər verir ki, görüşdə süd istehsalı və emalı sahəsində mövcud vəziyyət, istehsalçıların bazara çıxış imkanları, yerli xammalın emal müəssisələrinə tədarükü, məhsulun keyfiyyət göstəriciləri və satış imkanları müzakirə olunub. Görüşdə iştirak edənlər öz təcrübələri və təkliflərini bölüşüb, eləcə də qarşılaşdıqları məsələləri diqqətə çatdırıblar.
Məsələn, emal müəssisələrinin (ferimerlərin satdığı südün əsas alıcıları – FED.az) nümayəndələri satılan südün keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasının vacibliyini vurğulayıblar.
Nazir müavini Seymur Səfərli bildirib ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə subsidiya mexanizmlərində və şərtlərində dəyişikliklər təsdiq edilib. Ölkədə süd istehsalının artırılması, emal müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və sahədə uçot sisteminin təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq.
Bu oo deməkdir ki, fermerlərin zavıodlara satdığı hər litrə südə görə, fermer satış qiyməti ilə yanaşı, dövlətdən südün hər litri üçün əlavə pul alacaq.
Görüşdə bu məbləğ açıqlanıb, bildirilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçmiş süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə görə 7 qəpik, hər tonuna görə isə 70 manat subsidiya ödəniləcək.
Əgər südü satan tərəf fermerlərin birləşdiyi koorperativlər olsa, təhvil verilən südə görə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Yəni kooperativlərin təhvil verdiyi hər litr südə görə 7 qəiik deyil, 8,4 qəpik, hər ton südə görə isə 84 manat sübsidiya ödəniləcəkö
Subsidiya almaq istəyən fermer və təsərrüfatlar EKTİS-də müvafiq bəyanları təqdim etməli, heyvanların identifikasiyası, sığortalanmasını həyata keçirməli, eləcə də südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunmasını təmin etməlidirlər.
Sonda nazir müavini müzakirələr zamanı səsləndirilən təkliflərin və qaldırılan məsələlərin hərtərəfli araşdırılması, eləcə də müvafiq istiqamətlər üzrə təhlillərin aparılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.













