Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan «Novruzlu AF» MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»lar siyahısına əlavə edilib.
Müştərilərə məhsulu üzərindəki qiymətdən baha satan – “GRAND-MART” CƏRİMƏLƏNDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərarı verib.
Rəsmi məlumata görə, buna səbəb – MMC-nin müqavilənin icrasından boyun qaçırması olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 1 il, 6 aylığına, yəni 2028-ci ilin mayın ayının 4-ə qədər qadağan edilib.
Şirkət bu ildən tenderlərdə iştirak etməyə başlayıb. Belə ki, il ərzində şirkət cəmi 2 kiçik həcmli tenderin qalibi olub. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ ilə şirkət arasında yuyucu və təmizlik vasitələrinin satınalınması ilə bağlı 3 min 764 manatlıq, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Naxçıvan filialı ilə şirkət arasında kondisionerlərin satınalınması ilə bağlı 3 min 480 manatlıq müqavilə imzalanıb.
İki müqavilənin cəmi dəyəri 7 min 244 manat təşkil edib.
Qeyd edək ki, «Novruzlu AF» MMC 2025-ci ilin oktyabr ayının 10-ı dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Novruzlu Anar Bayandur oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.105a, m.8 hüquqi ünvanında yerləşir.














