Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Azərbaycana idxal edilən şərabın gömrük rüsumu artırılır: 1 litrə görə minimum 2 dollar
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bir sıra məhsullar üçün idxal gömrük rüsumunun dərəcələri 2030-cu ilin sonuna qədər dəyişdirilir.
Belə ki, ölkəyə idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15 %, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15 %-i), siqar, siqaret və siqarillalar üçün 15 %, lakin 1 000 ədədinə 3 ABŞ dollarından az olmamaqla (hazırda 1 000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və yaxud üzlənmiş tekstil parçalar üçün 15 % (hazırda 0 və ya 5 %) təyin olunur.













