Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti (VÖEN: 1500495621) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Lerik rayonunda 6 ədəd fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 636 min 822 manatdır. Bir evin tikintisi üçün 106 min 137 manat ayrılıb.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Rəşad Cəfərov / Müqavilə və satınalma sektorunun müdiri / [email protected] / +994 12 512 22 64














