Bu ilin ilk 10 ayı da daxil olmaqla son beş ildə Azərbaycan iqtisadiyyatına 97 milyard 749,9 milyon manat investisiya yatırılıb.
Azərbaycan iqtisadiyyatı Gürcüstandan 3 dəfə böyük idi - Fərq 2 dəfəyə enib – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə əsas kapitala 16 milyard 520 milyon manat investisiya yatırılıb. Bu, ötən ilin eyni dövrünə nəzərən 1 milyard 689 milyon manat və ya 11,4% çoxdur.
2025-ci il ərzində isə ölkə iqtisadiyyatına 21 milyard 226 milyon manat yatırılıb ki, bu da, 2024-cü ildəki 21 milyard 435 milyon manatdan 209 milyon manat (1%) daha azdır.
2024-cü ildə isə ölkəyə yatırılan investisiyaların həcmi əvvəlki ilə nəzərən 1 milyard 138 milyon manat (5,6%) artıb.
Ən böyük artım 2023-cü ildə qeydə alınıb. Həmin il ölkəyə yatırılan investisiyaların həcmi 20 milyard 297 milyon manat olub ki, bu da, 2022-ci ildəki 18 milyard 272 milyon manatdan 2 milyard 24 milyon manat (11,1%) daha çoxdur.
|
Tarix |
Məbləğ |
|
Yanvar-oktayabr, 2026 |
16 milyard 519,8 milyon manat |
|
2025 |
21 milyard 226,1 milyon manat |
|
2024 |
21 milyard 435,1 milyon manat |
|
2023 |
20 milyard 296,6 milyon manat |
|
2022 |
18 milyard 272,3 milyon manat |














