Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 462,5 milyon manatlıq avtomobil yanacağı satılıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 3,8 % çoxdur.
Ötən 10 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.













