Mənzil İnşaatı Dövlət Agentliyi PHŞ (VÖEN: 1701934661) tender elan edib.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Agentliyin 2026-cı il üzrə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 39,7 min manatdır.
Qeyd edək ki, dövlət qurumunun 2024 və 2025-ci illər üzrə auditini “Nexia Azerbaijan” QSC (VÖEN: 2001586411) edib. Şirkət Agentlikdən 2024-cü ilin auditinə görə, 30 min 680 manat, 2025-ci ilin auditinə görə, 28 min 202 manat ödəniş alıb.
Elan olunmuş enderdə iştirak haqqı 79 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Leyla İsmayılova / Şöbə müdiri / [email protected] / +994 12 505 65 37 (38)














