Elm və Təhsil Nazirliyinin tabeliyində Xalq Təhsili Muzeyi (VÖEN: 1700171271) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Muzeyin Bakı şəhəri, Xətai prospekti 49 ünvanında yerləşən zirzəmisi olan 4 mərtəbəli inzibati binasına 12 aylıq mühafizə xidmətinin satınalınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 75 min manat təşkil edir.
Tenderdə iştirak haqqı 150 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Zöhrə Orucova / böyük elmi işçi / [email protected] / +994 55 683 00 35














