Massi
Servis əməkdaşı
Son tarix 14 dek 2026 - [email protected]
Avtomobil sektorunda inkişaf etmək istəyən, məsuliyyətli və aktiv bəy namizədləri AvtoMilano servisində komandamıza qoşulmağa dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Avtomobillərin müvafiq ustalara aparılıb-gətirilməsi;
- Avtomobillərin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi;
- Servisə müraciət edən müştərilərin avtomobillərindəki nasazlıqların operativ şəkildə müəyyən edilərək qeydiyyata alınması;
- Servis daxilində rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Yaş: 20–30;
- Xətai, Əhmədli və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
- Avtomobil sahəsində minimum 1 il iş təcrübəsi və ya avtomobillər haqqında geniş texniki bilik;
- B və C kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
- Azərbaycan dilini səlis bilmək;
- Məsuliyyətli, intizamlı, çevik və öyrənməyə həvəsli olmaq.
İş şəraiti:
- İş qrafiki: Həftədə 6 gün;
- İş saatları: 09:00–20:00;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Əməkhaqqı: 900 AZN + bonuslar.
- Ünvan: Babək pr Astoria Hotelin arxası
Müraciət etmək istəyən şəxslər CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.














