İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli yeni inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2024-cü il ərzində servis xidməti və təmir işləri” tenderinin nəticələrini elan edib.
Nazirlik 7 rayonda mənzillər alır - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “SMTS” MMC olub.
Şirkətlə 3 777 997 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “SMTS” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ağalar Allahyarov Məmmədağa oğludur. Hüquqi ünvanı AZ1800, Şirvan Şəhəri, M.Rəsulzadə ünvanında yerləşir.