Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki elanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.
Alınacaq mənzillər Oğuz, Balakən, Neftçala, Beyləqan, Şirvan, Ağsu və Salyan rayonlarını əhatə edir və sayı 231 ədəddir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 (Əlaqə nömrəsi: (012) 526-01-01(2637)) ünvanından ala bilərlər.
İştirak haqqı: 400 AZN
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN: 1700093011
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT CTREAZ22
H/h: AZ80CTRE00000000000002138501
Büdcə səviyyəsinin kodu - 7
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. İştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi.
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsli təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir).
4. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
5. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir).
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir, 2022 və ya 2023-cü il üzrə).
8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir).
9. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
10. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.
11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir).
12. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir).
13. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir).
14. 'Tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları rəsmi sorğu vasitəsilə Tender komissiyasına ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 09 fevral 2024-cü il saat 15:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 fevral 2024-cü il saat 18:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 fevral 2024-cü il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.