“CE Parts” MMC (VÖEN: 1405421941) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar verib. Agentiliyin bu qərarı verməsinin səbəbi «CE Parts» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin dekabr ayının 16-a qədər qadağan edilib.
Qeyd edək ki, «CE Parts» MMC 2021-ci ilin fevral ayının 8-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Babayev Elvin Qeys oğlu olan şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir.















