2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67.4% və ya 674 milyon 645 min manat çoxdur. 2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilib.
Qeyd edək ki, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.
Azad edilmiş rayonlar |
2022-cü il I yarısı min manat |
2023-ci il I yarısı min manat |
Ağdam |
72638,3 |
134678,8 |
Füzuli |
170945,6 |
314737,7 |
Xocavənd |
38876,2 |
34603,7 |
Şuşa |
51298,6 |
154999,2 |
Cəbrayıl |
218092,4 |
138505,2 |
Kəlbəcər |
84758,5 |
344611,7 |
Qubadlı |
63574,2 |
67651,6 |
Laçın |
107896,6 |
328972,3 |
Zəngilan |
191798,9 |
155769,7 |
Xocalı |
- |
38.1 |
(Apa)