Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Azəri Med” MMC barəsində inzibati xəta protokolu tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb “Azəri Med” MMC-nin dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satması olub.
Şirkət dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsini pozub.
İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə görə, vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək, hüquqi şəxslər 3 min manatdan – 5 min manatadək cərimə edilir.












