Təkrar mənzil bazarında təkrar alıcıların aktivliyi də diqqət çəkib.
Bakıda qiyməti 1 milyon manatdan baha – 42 MƏNZİL SATILIB
FED.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 2025-ci ildə 37 568 unikal alıcı qeydə alınıb. Onların 34 168-i, yəni 90,9%-i il ərzində yalnız bir mənzil alıb.
Bununla yanaşı, iki və daha çox mənzil alan şəxslər bütün alıcıların təxminən 9%-ni təşkil etsələr də, bütün mənzil əqdlərinin təxminən 18%-i onların payına düşüb.
2 mənzil alan 2 969 alıcı ümumilikdə 5 938 əqd həyata keçirib. 3-5 mənzil alan 422 nəfər isə 1 442 mənzil alıb. Hətta il ərzində 6 və daha çox mənzil alan 9 alıcı qeydə alınıb.
Maraqlıdır ki, təkrar alıcıların aldığı mənzillərin orta qiyməti 114 011 manat, yalnız bir mənzil alanların aldığı mənzillərin orta qiyməti isə 133 140 manat olub.












