Dünya bazarında misin qiyməti ardıcıl altıncı gündür ki, artır və rekord göstəriciyə çatır.
FED.az xəbər verir ki, misin qiyməti son 4 ayda ən uzun artım tendensiyasını nümayiş etdirir. London Metal Birjasında misin bir tonunun qiyməti hazırda 14 min 661 dollardır.
Ekspertlərin fikrincə, təchizat sıxıntısı ilə bağlı narahatlıqlar fonunda mis qiymətləri rekord göstəriciyə doğru irəliləyir. Çünki azalan ehtiyatlar və bayram öncəsi alışlar Çinin fiziki bazarında təklif sıxıntısını göstərir.
Digər bütün əsas metalların qiymətləri də artım göstərib.
Qeyd edək ki, qlobal mis ehtiyatları yüksək olaraq qalır. Beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.













