Azərbaycanda satılan mənzillərin 85%-i 200 min manatdan ucuzdur.
Təcili: Azərbaycanda 1 ildə 5,3 milyard manatlıq mənzil satılıb – RƏQƏMLƏR
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, 2025-ci ildə ölkədə satılmış mənzillərin 18 378-i 100 min manatdan ucuz, daha 16 891-i 100–200 min manat arasında olub.
Beləliklə, bütün satışların 84,8%-ində mənzilin qiyməti 200 min manatdan aşağıdır. 300 min manatdan baha mənzillərin satışları isə demək olar tamamilə Bakıda cəmləşib.
2025-ci ildə ölkədə qiyməti 300-500 min manat olan 1842 mənzil satılıb. Onların əksəriyyəti – 1832-si Bakıda yerləşib. Digər bahalı mənzillər isə Sumqayıt (5 mənzil), Gəncə (3 mənzil), Abşeron (1 mənzil) və digər (1 mənzil) rayonlarda satılıb.
Bundan başqa, ötən il ölkədə qiyməti 500 min manatdan 1 milyon manatadək olan 373 m ənzil satılıb. Bunlaorın da hamısı Bakıda olub.
Məlumatda bildirilir ki, 2025-ci ildə ölkədə qiyməti 1 milyon manatdan baha olan cəmi 42 mənzil satılıb və bu mənzillərin hamısı Bakı şəhərindədir.












