2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.
Bu il Azərbaycanda qiymətlər orta hesabla 6 faizə yaxın daha yüksəkdir
Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Başqa sözlə, hesabat dövründə orta inflyasiya 5,7% təşkil edib.
Yanvar-iyul aylarının yekununda da qiymət artımı 5,7% səviyyəsində idi. Beləliklə, inflyasiyanın tempi dəyişməyib.












