Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib.
“Panda Baby” müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB, BAHA HESABLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi olub.
Bununla da, Əsədov Zaur qiymət intizamının pozulması, yəni göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması və ya onların düzgün tərtib edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 445.1. maddəsini pozub.
İnzibati Xətalar Məcəlləsinin 445.1. maddəsinə görə, 800 manatdan 1 000 manatdək cərimə tətbiq edilir.













