Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib.
Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunlar uyğunlaşdırılır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, buna səbəb satışı qadağan olunmuş elektron siqaretlərin satılması olub.
Bununla da, Şamilov Yaşar elektron siqaretlərin satılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 212-1.2. maddəsini pozub.
İnzibati Xətalar Məcəlləsinin 212-1.2. maddəsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatdək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatdək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatdək cərimə edilir.













