22 sentyabr tarixində Bakı Fond Birjasında (BFB) “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.09.2026-cı il tarixində yekunlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət 3 milyon manat həcmində, 30 min ədəd, ilkin ticarət qiyməti 100 manat olan, AZ2016019203 Dövlət Qeydiyyat Nömrəli – İSİN, faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir. İstiqrazın illik faiz gəliri 15%-dir, tədavül müddəti 18 aydır.
Ödənişlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcək.
İstiqrazların anderrayteri “Unicapital Investisiya Şirkəti” ASC-dir.













