Azərbaycanda əhalinin real gəliri 3,7% artıb.
Azərbaycanda orta aylıq əməkhaqqı 7%-dən çox artıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Eyni dövrdə ölkədə inflyasiyanın 5,7% olduğunu nəzərə alsaq, hesabat dövründə əhalinin real gəlirləri 3,7% təşkil edir.












