2026-cı ilin ilk yarısında Azərbaycanda 6 bankın faiz xərcləri 20 milyon manatdan aşağı olub.
Azərbaycan banklarının faiz xərcləri 1 milyard manatı keçib – RENKİNQ
Faiz xərclərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az-ın bankların göstəriciləri əsasında tərtib etdiyi renkinqə əsasən, Expressbankda faiz xərcləri 16,949 milyon manat, Azərbaycan Sənaye Bankında 12,815 milyon manat, AFB Bankda 12,041 milyon manat, Yapı Kredi Azərbaycanda 11,665 milyon manat, Premium Bankda 5,863 milyon manat, VTB Bankda isə 5,665 milyon manat təşkil edib.
Ən aşağı göstərici Bank Avrasiyada qeydə alınıb – cəmi 1 milyon 599 min manat. Bank Melli İran üzrə isə renkinqdə göstərici təqdim edilməyib.
Xatırladaq ki, faiz xərcləri dedikdə – bankda yerləşdirilmiş əmanət və depozitlərə görə bankların müştərilərə ödədiyi faizlər, alının kreditlərə görə ödənilən faiz ödənişləri, eləcə də buraxılmış istiqrazlar üzrə istiqraz sahiblərinə ödənişlər nəzərdə tutulur.













