Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk yarısında faiz xərclərinin həcmi açıqlanıb.
FED.az-ın bankların göstəriciləri əsasında tərtib etdiyi renkinqə görə, məlumatı açıqlanan 20 bankın faiz xərcləri ümumilikdə 1 milyard 2 milyon 487 min manat təşkil edib.
Ən böyük faiz xərci Azərbaycan Beynəlxalq Bankında (ABB) qeydə alınıb – 219 milyon 721 min manat.
İkinci yerdə 164 milyon 689 min manatla Kapital Bank, üçüncü yerdə isə 110 milyon 24 min manatla PAŞA Bank qərarlaşıb.
Sonrakı yerləri Bank Respublika – 63,4 milyon manat, Unibank – 61,1 milyon manat, AccessBank isə 56,4 milyon manatla tutur.
Xatırladaq ki, faiz xərcləri dedikdə – bankda yerləşdirilmiş əmanət və depozitlərə görə bankların müştərilərə ödədiyi faizlər, alının kreditlərə görə ödənilən faiz ödənişləri, eləcə də buraxılmış istiqrazlar üzrə istiqraz sahiblərinə ödənişlər nəzərdə tutulur.













