2026-cı ilin ilk yarısında Azərbaycanda banklar arasında ən böyük faiz xərci Azərbaycan Beynəlxalq Bankında qeydə alınıb.
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank - ELAN EDİLDİ!
FED.az xəbər verir ki, ABB-nin faiz xərcləri 219 milyon 721 min manat təşkil edib. Bununla bank renkinqdə birinci yeri tutub.
Kapital Bank 164 milyon 689 min manat, PAŞA Bank isə 110 milyon 24 min manat faiz xərci ilə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir.
ABB ilə ikinci yerdəki Kapital Bank arasındakı fərq 55 milyon 32 min manat, ABB ilə PAŞA Bank arasındakı fərq isə 109 milyon 697 min manatdır.
Xatırladaq ki, faiz xərcləri dedikdə – bankda yerləşdirilmiş əmanət və depozitlərə görə bankların müştərilərə ödədiyi faizlər, alının kreditlərə görə ödənilən faiz ödənişləri, eləcə də buraxılmış istiqrazlar üzrə istiqraz sahiblərinə ödənişlər nəzərdə tutulur.













