Azərbaycanda təkrar mənzil bazarında ipoteka kreditlərindən istifadənin payı 15,2% təşkil edib.
FED.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 2025-ci ildə qeydə alınmış 41 606 mənzil əqdindən 6 332-si ipoteka krediti ilə maliyyələşdirilib.
İpoteka vasitəsilə alınmış mənzillərin ümumi maliyyələşmə məbləği 681 milyon 649 min 719 manat olub. Bu da bütün alqı-satqı məbləğinin 12,6%-nə bərabərdir.
İpotekadan istifadə Bakıda daha yüksəkdir: paytaxtda əqdlərin 19,9%-i ipoteka hesabına həyata keçirilib. Gəncədə isə bu göstərici cəmi 6,8% olub.












